Avtomobil istehsalçısı həmçinin elektrik mühərrikli avtomobillərin hazırkı xəttini genişləndirməyi də planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Toyota Motor" avtomobil istehsalçısının saytında dərc edilmiş məlumatda deyilir. Yaponiyanın avtomobil konserni 2026-cı ilə qədər yeni nəsil elektromobil hazırlamağı planlaşdırır.
2022-ci ilin avqustunda Toyota elektrik avtomobilləri üçün avtonom akkumulyatorlara 730 milyard iyen (təxminən 5,5 milyard dollar) investisiya etmək qərarını açıqladı.