Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Kahramanmaraşda türkiyəli həmkarı ilə görüşdü - <font color=red><b>FOTO</b></font>

13:29 - 11 Fevral 2023 tarixində dərc olunub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.

Ceyhun Bayramov Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

Azərbaycan Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun qardaş Türkiyənin dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri @MevlutCavusoglu tərəfindən qarşılanıb. pic.twitter.com/GzH4d64nhW

— MFA Azerbaijan
Müəllif: