Ucnoqta.az
www.ucnoqta.az

Sabah hava necə olacaq? - <font color=red><b>PROQNOZ</b></font>

12:45 - 11 Fevral 2023 tarixində dərc olunub.

Fevralın 12-də ölkə ərazisində gözlənilən hava məlumatı açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi şərq rayonlarda az yağıntılı olacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Müəllif: