Ucnoqta.az
www.ucnoqta.az

Saatlıda qaraj minik avtomobili ilə yanıb

22:33 - 10 Fevral 2023 tarixində dərc olunub.

Saatlı rayonunda yanğın olub.

FHN-dən verilən xəbərə görə, Dəlilər kəndində ümumi sahəsi 48 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə və içərisində “ГАЗ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: