Ucnoqta.az
www.ucnoqta.az

FHN xilasediciləri Türkiyədə 45 nəfəri dağıntılar altından sağ çıxarıb - <font color=red><b>VİDEO</b></font>

09:52 - 10 Fevral 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Ucnoqta.az-a FHN-dən bildirilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

"Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

 

Müəllif: