Ucnoqta.az
www.ucnoqta.az

Üç gündən sonra 6 yaşlı qız dağıntılar altından xilas edilib

08:49 - 10 Fevral 2023 tarixində dərc olunub.

Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində işləyən xilasedicilər üç gündən çox dağıntılar altında qalan altı yaşlı qızı çıxarıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Nəsrin adlı qız Hatay vilayətində yerləşdirilən səhra xəstəxanasına aparılıb. Uşağın ayağı zədələnib, lakin onun həyatına heç bir təhlükə yoxdur.

Nəsrinin anası xilas edilib, atası və iki qardaşı itkin düşüb. Xilasedicilər bütün ailənin olduğu evin dağıldığı yerdə işləri davam etdirirlər.

Müəllif: