Ucnoqta.az
www.ucnoqta.az

FHN-in xilasediciləri Türkiyədə 44 nəfəri dağıntılar altından sağ çıxarıb -<font color=red><b>FOTO/VİDEO</b></font>

18:19 - 9 Fevral 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirlikdən Ucnoqta.az-a verilən xəbərə görə, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ, 164 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

 

Müəllif: