Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə limanda baş verən yanğın nəzarət altına alınıb

14:50 - 8 Fevral 2023 tarixində dərc olunub.

Türkiyənin cənubundakı İskəndərun limanında baş verən yanğın nəzarət altına alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd edək ki, bazar ertəsi Türkiyənin cənubunda, Kahramanmaraş vilayətində baş verən zəlzələdən sonra İskəndərun liman şəhərində güclü yanğın baş verib. Fevralın 7-də limanda konteynerlər yanmaqda davam edib. 

Müəllif: