Ucnoqta.az
www.ucnoqta.az

SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirildi

18:47 - 7 Fevral 2023 tarixində dərc olunub.

SOCAR-ın dəniz obyektlərində təhlükə yarada biləcək işlər məhdudlaşdırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Fevralın 7-si axşam saatlarından fevralın 10-u gündüz saatlarınadək hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb" - məlumatda qeyd edilib.

 

Müəllif: