Ucnoqta.az
www.ucnoqta.az

Soğanın qiyməti iki dəfə bahalaşıb - <font color=red><b>VİDEO</b></font>

17:22 - 7 Fevral 2023 tarixində dərc olunub.

Son günlər istər paytaxtda, istərsə də bölgələrdə soğanın qiymətində bahalaşma müşahidə olunur.

Məhsulun qiyməti bəzi bölgələrdə iki dəfədən də çox artıb. 

Baku TV-nin əməkdaşının müşahidəsi zamanı bazarda soğanın qiymətinin növündən və keyfiyyətindən asılı olaraq 1-1,5 manat arasında dəyişdiyi məlum olub.

Satıcıların sözlərinə görə, bahalaşmaya səbəb yerli məhsulun xaricə ixrac olunmasıdır.

Məsələ ilə bağlı Baku TV-yə açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, hazırkı qiymət artımı müvəqqəti xarakter daşıyır.

 

Müəllif: