Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərləndi

10:24 - 6 Fevral 2023 tarixində dərc olunub.

Cəlilabadda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib.

APA-nın xəbərinə görə, hadisə Cəlilabad şəhəri ərazisində baş verib.

Cəlilabad şəhər sakinləri, 1988-ci il təvəllüdlü Almaz Əliqəmbər qızı Abbasova, 1993-cü il təvəllüdlü Zəhra Əliqəmbər qızı Həşimova, 2010-cu il təvəllüdlü Aysel Xəqani qızı Abbaslı, 2012-ci il təvəllüdlü Vüsalə Xəqani qızı Abbaslı və 2013-cü il təvəllüdlü Fatimə Elmin qızı Həşimova zəhərlənib. Onlar rayon xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

Qeyd edək ki, zəhərlənən şəxslər yaxın qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: