Ucnoqta.az
www.ucnoqta.az

Zaqatalada 17 yaşlı gənc dəm qazından boğularaq öldü

17:57 - 31 Yanvar 2023 tarixində dərc olunub.

Zaqatala rayonunda 17 yaşlı gənc dəm qazının qurbanı olub.

"Report"un məlumatına görə​, hadisə Zaqatala şəhər, 28 may küçəsi, bina 56 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan​ 2006-cı il təvəllüdlü Turan Namiq oğlu Qurbanov yaşadıgı evin​ hamamında dəm qazından zəhərlənərək​ dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: