Ucnoqta.az
www.ucnoqta.az

Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

10:45 - 31 Yanvar 2023 tarixində dərc olunub.

Azərbaycan Gəncləri Günü ilə əlaqədar 1-2 fevral tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

Bu barədə Ucnoqta.az-a nazirlikdən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

 

Müəllif: