Ucnoqta.az
www.ucnoqta.az

Bakıda evdə güclü partlayış - <font color=red><b>Əcnəbi tələbələr yaralandı</b></font>

10:19 - 31 Yanvar 2023 tarixində dərc olunub.

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.

Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.

Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: