Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənni-bəstəkar vəfat etdi

09:08 - 30 Yanvar 2023 tarixində dərc olunub.

Amerikalı müğənni-bəstəkar Barrett Stronq bazar günü vəfat edib.

Ucnoqta.az xəbər verir ki, onun 81 yaşı var idi.

Strong yaradıcılıq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda o, nəhayət rok klassikinə çevrilən Money (That's What I Want) mahnısını yazıb.

Onu The Beatles və The Rolling Stones kimi məşhur qruplar ifa edib. 2011-ci ildə Rolling Stones jurnalı mahnını bütün zamanların 500 ən böyük mahnısı siyahısında 294-cü yerə qoydu.

Müəllif: