Ucnoqta.az
www.ucnoqta.az

Çində 6,1 bal gücündə zəlzələ baş verib

08:35 - 30 Yanvar 2023 tarixində dərc olunub.

Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Seysmoloji İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar Pekin vaxtı ilə saat 07:49-da Aksu rayonunun Şahyar rayonunda 50 km dərinlikdə qeydə alınıb.

Zəlzələnin episentri 260 min insanın yaşadığı Aral şəhərindən 106 km cənub-şərqdə yerləşib.

Müəllif: