Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda ər arvadını döyərək xəsarət yetirib

09:31 - 29 Yanvar 2023 tarixində dərc olunub.
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib. "Report"un məlumatına görə, Digah qəsəbəsində ailə münaqişəsi zəminində əri tərəfindən döyülən 1988-ci il təvəllüdlü Hacıyeva Vəfa Seyfulla qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Müəllif: