Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd etdi - <font color=red><b>Körpəsi öldü</b></font>

14:23 - 28 Yanvar 2023 tarixində dərc olunub.

Bakıda 18 yaşlı hamilə qadın intihara cəhd edib, körpəsi tələf olub. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə Binəqədidə, Xocasən qəsəbəsində baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Fidan Quliyeva (şərti ad-soyad) yaşadığı evdə dərman içərək özünü öldürmək istəyib. Ailə üzvləri dərhal onu xəstəxanaya çatdırıblar və qadının həyatını xilas etmək mümkün olub.

Əldə etdiyimiz məlumata görə, intihara cəhd edərkən F.Quliyeva 7 aylıq hamilə imiş. Xəstəxanada məlum olub ki, içdiyi dərmanların təsirindən uşaq ana bətnində tələf olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: