Ucnoqta.az
www.ucnoqta.az

Donald Gerye Bakıya gəlib - <font color=red><b>FOTO</b></font>

09:55 - 28 Yanvar 2023 tarixində dərc olunub.

Donald Gerye artıq Bakıya gəlib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə o, “Instagram” hesabında paylaşım edib.

“Gözəl evim” (“Sweet home”) - deyə Gerye paylaşımında yazıb. 

Xatırladaq ki, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bir neçə gün əvvəl açıqlamasında bildirmişdi ki, Geryeni heyətə cəlb etmək istəyirlər. Geryenin son klubu isə “Olimpiakos” (Kipr) olub. 

Qeyd edək ki, Gerye 2017-2019 və 2020-2021-ci illərdə “Qarabağ”da, 2019-2020-ci illərdə isə “Neftçi”də oynayıb.

Müəllif: