Ucnoqta.az
www.ucnoqta.az

Evlərin sənədləşməsi məsələsi həllini tapmalıdır - <font color=red><b>Deputat</b></font>

12:19 - 26 Yanvar 2023 tarixində dərc olunub.

“Bələdiyyə torpaqların təftiş olunmasına ehtiyac var. Torpaqların təyinatlından kənar istifadəsinə icazə verən insanlar müəyyənləşməli və məsuliyyətə cəlb olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Azər Badamov bildirib.

Azər Badamov deyib ki, əgər o torpaqlar örüş üçün nəzərdə tutulubsa, niyə fərdi evlərin tikintisinə icazə verildiyi araşdırılmalıdır: “Artıq fərdi evləri o torpaqlardan sökmək düzgün deyil. Həmin fərdi evlərin sənədləşdirilməsi məsələsi üzrə həllini tapmalıdır. Həmin ərazilərin təyinatının dəyişdirilməsi və evlərin sənədləşməsi məsələsi həllini tapmalıdır”.

Müəllif: