Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb,<font color=red><b> xəsarət alan var</b></font>

09:03 - 25 Yanvar 2023 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.

"Report"un məlumatına görə, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Müəllif: