Ucnoqta.az
www.ucnoqta.az

Kuman yenidən Niderland millisini çalışdıracaq

23:13 - 23 Yanvar 2023 tarixində dərc olunub.

Kuman yenidən Niderland millisini çalışdıracaq

Ucnoqta.az xəbər verir ki, Niderland Futbol Federasiyası "Twitter" səhifəsində Ronald Kumanın komandanın baş məşqçisi təyin edildiyini açıqlayıb.

59 yaşlı hollandiyalı ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Buna qədər komandanı Lui van Qal çalışdırırdı, 2022-ci il dünya çempionatında onun rəhbərlik etdiyi komanda 1/4 finala yüksəlib.

Kuman 2018-2020-ci illərdə Hollandiya millisini çalışdırıb, daha sonra 2021-ci ilin oktyabrında tərk etdiyi "Barselona"ya rəhbərlik edib.

Emin

Müəllif: