BMT Baş katibi Antonio Quterreş Stokholmda Quranın yandırılması ilə keçirilən aksiyanı pisləyib
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən brifinqdə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"BMT-nin baş katibi Sivilizasiyalar Alyansının rəhbəri Qurani-Kərimin yandırılmasını pisləyən bəyanatı tam dəstəkləyir. Bu, bir çox dinlərə qarşı müşahidə etdiyimiz nifrətin daha bir simvoludur. Belə hərəkətlər qınanmalıdır və biz bunu edirik" - o, deyib.
“Sivilizasiyalar Alyansı” BMT sistemində 2005-ci ildə müxtəlif mədəniyyətlərə və dinlərə mənsub ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirmək məqsədilə yaradılmış strukturdur.