Ucnoqta.az
www.ucnoqta.az

İsveç NATO-ya daxil olmaq üçün Türkiyədən dəstək gözləməsin - <font color=red><b>Ərdoğan</b></font>

20:47 - 23 Yanvar 2023 tarixində dərc olunub.

"İsveçdəki hərəkətlər “müsəlmanlara, ümumiyyətlə, bütün insanlara, bütün hüquq və azadlıqlara təhqirdir"

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib. Türkiyə dövlət başçısı bildirib ki, İsveç Stokholmdakı qalmaqallı aksiyalardan sonra NATO-ya müraciət üçün ölkədən dəstək gözləməməlidir. 

"İsveçdə, hətta diplomatik nümayəndəliyimiz yaxınlığında bu çirkin hərəkətlər müsəlmanlara, ümumiyyətlə, bütün insanlara, bütün hüquq və azadlıqlara təhqir hesab olunur. Siz terrorçuları dəstəkləməkdə davam edirsiniz və NATO-ya daxil olmaq üçün dəstək gözləyirsiniz. Bu, heç bir nəticə verməyəcək. İsveç bu dəstəyi bizdən daha çox gözləməməlidir" - Ərdoğan deyib.

Türkiyə lideri vurğulayıb ki, o, Stokholmdan terror təşkilatlarına qarşı mübarizədə Türkiyə qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirəcəyini gözləyir. "İsveç hakimiyyəti hüquq və azadlıqlara bu qədər hörmət edirsə, deməli, ilk növbədə Türkiyə Cümhuriyyətinin və bütün müsəlmanların dini hisslərinə hörmət etməlidirlər. Əgər bu hörməti göstərməsəniz, bağışlayın, amma sizə NATO-ya üzvlüklə bağlı bizdən dəstək verilməyəcək” - deyə Ərdoğan qeyd edib.

Emin

Müəllif: