ABŞ və Türkiyənin müdafiə nazirliklərinin nümayəndə heyətləri ultra-müasir beşinci nəsil F-35 döyüş təyyarələrinin proqramı üzrə məsləhətləşmələr aparıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Pentaqonun yaydığı məlumatda deyilir.
Nümayəndə heyətləri 2023-cü ilin yazında Ankarada keçiriləcək növbəti görüş zamanı məsləhətləşmələrin uzadılması barədə razılığa gəliblər.
Eyni zamanda, yanvarın 18-də Vaşinqtonda keçirilən cari məsləhətləşmələrin Türkiyə üçün F-35 proqramı kontekstində ikinci görüş olduğu bildirilir. İlk belə müzakirə daha əvvəl Ankarada baş tutub və bu barədə ictimaiyyətə məlumat verilməyib.
Qeyd edək ki, Türkiyə tərəfinin Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini almasından sonra 2021-ci ilin aprelində ABŞ Anakraya onun F-35 proqramından çıxarıldığı barədə rəsmi məlumat verib.