Ucnoqta.az
www.ucnoqta.az

Aİ etirazlara görə İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib

17:47 - 23 Yanvar 2023 tarixində dərc olunub.

Aİ ölkələrinin Xarici İşlər Nazirləri Şurası İrana qarşı yeni şəxsi sanksiyalar paketini təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS yazır.

Sanksiya siyahısına iranlı idmançıları həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə İranda baş verən hadisələrlə bağlı fikirlərini bildirməməyə məcbur etməkdə ittiham olunan İranın İdman və Gənclər naziri Həmid Səccadinin adı var. Siyahıya həmçinin keçmiş və indiki regional liderlər, deputatlar, media rəhbərləri və təhlükəsizlik rəsmiləri, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun regional bölmələri daxildir.

Müəllif: