Ukraynaya onlarla tankın verilməsi vəziyyəti kökündən dəyişməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
"Min tankı olan Rusiya ordusunun bizə qarşı olması, heç bir ölkənin 10 tank, 20 tank, 50 tank vermək qərarı problemi həll etmir", - Zelenski deyib.
Zelenski həmçinin əlavə edib ki, tankların tədarükü Ukrayna Silahlı Qüvvələrinə motivasiya verir.
Cümə günü Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Andrey Sibiqa bildirib ki, Ukrayna Silahlı Qüvvələri müəyyən silah növlərinin sayına görə Rusiya qoşunlarından geridir.
Emin