Ucnoqta.az
www.ucnoqta.az

Mirzoyan Brüsselə gedəcək

15:30 - 22 Yanvar 2023 tarixində dərc olunub.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də Brüsselə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyan Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell, Belçikanın xarici işlər naziri Adja Labib ilə də görüşlər keçirəcək.

Ararat Mirzoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxış edəcək, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi və Ermənistan-Avropa İttifaqı əməkdaşlığı barədə Avropa Parlamenti üzvlərinin suallarını cavablandıracaq.

Müəllif: