Ucnoqta.az
www.ucnoqta.az

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın milli lideri elan edilib

22:35 - 21 Yanvar 2023 tarixində dərc olunub.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkə konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi və Qurbanqulu Berdiməhəmmədovun türkmən xalqının ümummilli lideri statusunun qanunvericiliklə möhkəmləndirilməsi haqqında Konstitusiya qanunları layihəsini təsdiq edib və imzalayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü Türkmənistanın rəsmi televiziyasının “Vətən” informasiya proqramında məlumat verilib.

TV-nin məlumatına görə, Türkmənistan parlamenti palatalarının yanvarın 21-də keçirilən birgə iclasından sonra çıxış edənlər ölkənin eks-prezidentinin ümummilli lider statusunun qanunvericiliklə müəyyənləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

İclasda parlamentarilər ölkə konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi və Qurbanqulu Berdiməhəmmədovun türkmən xalqının ümummilli lideri statusunun qanunvericiliklə möhkəmləndirilməsi haqqında konstitusiya qanunları layihələrini müzakirə edərək qəbul ediblər.
Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov onları təsdiqləyərək imzalayıb.

Müəllif: