Ucnoqta.az
www.ucnoqta.az

Kəmər taxmadığı üçün cərimələnən Baş nazir istefa verəcək?

19:10 - 21 Yanvar 2023 tarixində dərc olunub.

Böyük Britaniya polisinin baş nazir Rişi Sunaka yazdığı təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün cərimə onun istefası üçün səbəb sayıla bilməz.

Ucnoqta.az xəbər verir ki, bu barədə şənbə günü Sky News-a ölkənin ədliyyə naziri və baş nazirin müavini Dominik Raab bildirib.

“Əlbəttə, bu baş verməməli idi, lakin mən hesab edirəm ki, bütün şəraiti nəzərə alsaq, bu, baş nazirin istefasına səbəb ola biləcək bir şey deyil”, - o deyib.

Raab Sunakın tez bir zamanda günahını etiraf etdiyini və səhv addıma görə üzr istədiyini vurğulayıb. 

Müəllif: