Ucnoqta.az
www.ucnoqta.az

Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv edib

11:23 - 21 Yanvar 2023 tarixində dərc olunub.

Türkiyə hakimiyyəti İsveçin müdafiə naziri Paul Jonsonun yanvarın 27-də Ankaraya planlaşdırılan səfərini Stokholmda Türkiyə əleyhinə nümayişlərə görə ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar şənbə günü Almaniyadakı ABŞ-ın Ramşteyn aviabazasında jurnalistlərə açıqlamasında deyib.

“Bu iyrənc hərəkətlər nəticəsində prezidentimizə və Türkiyəyə qarşı heç bir tədbir görülmədiyini görmək bizi çox kədərləndirdi.Ona görə də hazırda İsveçin müdafiə naziri Jonssonun yanvarın 27-də Türkiyəyə səfərinin əhəmiyyəti və mənasını artıq hiss etmirik. Bu səbəbdən səfəri ləğv etdik" - Akar deyib.

Müəllif: