Ucnoqta.az
www.ucnoqta.az

Twitter işçilərinin 80 faizini itirib

10:43 - 21 Yanvar 2023 tarixində dərc olunub.

Amerikalı sahibkar Elon Mask tərəfindən satın alındıqdan sonra Twitter işçilərinin 80 faizini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Milyarder gələnə qədər Twitter-də 7,5 min insan işləyirdi. Hazırda şirkətdə 1,3 minə yaxın insan qalıb. Daha 1,4 min işçi isə şirkətin ştatındadır və maaş alır, lakin işləmir.

Qeyd olunur ki, sahibkar Twitter işçilərinə kömək etmək üçün özünün digər şirkətlərindən, o cümlədən Tesla, SpaceX, The Boring Co.-dan 130 mütəxəssisi cəlb etməyə icazə verib.

CNBC-nin məlumatına görə, Twitter-də 550-dən az mühəndis qalıb. Həmçinin qeyd edilir ki, “etibar və təhlükəsizlik komandası” 20 işçiyə endirilib.

Müəllif: