Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenə Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım paketinə görə təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” səhifəsində yazıb.
“ABŞ prezidenti Co Baydenə Ukraynaya 2,5 milyard dollarlıq müdafiə dəstəyi paketi təqdim etdiyinə görə təşəkkür edirəm”, - deyə Zelenski bildirib.
O vurğulayıb ki, “Stryker” zirehli döyüş maşınları, əlavə “Bradley” zirehli transportyorları, “Avenger” hava hücumundan müdafiə sistemləri işğalçıya qarşı mübarizədə mühüm yardımdır.
“Biz Amerika xalqına sarsılmaz dəstəyinə görə minnətdarıq!”, - deyə Zelenski vurğulayıb.