Böyük Britaniya hökuməti növbəti hərbi yardım paketi olaraq Ukraynaya 600 Brimstone raketi göndərəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Estoniyanın Tapa şəhərində çıxışı zamanı bildirib.
Britaniyalı nazir qeyd edib ki, Qərb müttəfiqləri lazım gələrsə, Ukraynaya bir neçə il hərbi yardım göstərməyə hazırdır.
Bundan əvvəl Britaniya hakimiyyəti Ukraynaya 14 “Challenger 2” tankı, 200-dən çox zirehli texnika, o cümlədən “Bulldog” zirehli transportyorları, əlavə sayda pilotsuz uçuş aparatları və “Starstreak” insan daşına bilən hava hücumundan müdafiə sistemləri, 100 minə yaxın artilleriya sursatı, minalardan təmizləmə və körpülər təhvil verəcəklərini açıqlamışdı.