Ucnoqta.az
www.ucnoqta.az

Yəhudi Konqresi Lavrovun üzr istəməsini tələb edib

12:27 - 19 Yanvar 2023 tarixində dərc olunub.

Avropa Yəhudi Konqresi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ-ın Rusiya ilə bağlı siyasətini Adolf Hitlerin yəhudi məsələsini həll etmək cəhdləri ilə müqayisə etdiyinə görə üzr istəməsini tələb edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə konqresin saytındakı bəyanatda deyilir.

“Biz nazir Lavrovun demokratik ölkələrin koalisiyasının hərəkətləri ilə Holokost zamanı Hitler tərəfindən altı milyon yəhudinin təqibi və qətli arasında apardığı bu biabırçı müqayisədən şoka düşdük”, – EJC prezidenti Ariel Muzikant bildirib.

Onun sözlərinə görə, bu, faciənin ideyasını təhrif edir, bununla əlaqədar Konqres Rusiyalı nazirin bunu aydınlatmağa çağırır.

Yanvarın 18-də mətbuat konfransı zamanı Lavrov ABŞ-ın Rusiya ilə qarşıdurma yaratmaq üçün koalisiya qurmaq işini Napoleon və Adolf Hitlerin hərəkətləri ilə müqayisə edib.

"Napoleon Avropanı Rusiyaya qarşı səfərbər etdiyi kimi, Hitler kimi ABŞ da Aİ və NATO üzvlərindən ibarət koalisiya yaratdı", - diplomat bildirib.

Müəllif: