Ukrayna Müdafiə Qüvvələri son 24 saat ərzində 760-ı olmaqla 118 530-a yaxın rus hərbçisini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
Həmçinin, yanvarın 19-na Ukrayna müdafiəçiləri düşmənin 3136 (+6) tankını, 6235 (+10) zirehli döyüş maşını, 2122 (+14) artilleriya sistemi, 442 (+0) reaktiv yaylım atəş sistemini, 220 (+0) raket sistemi, 287 (+0) təyyarə, 277 (+1) helikopter, 1882 (+6) operativ-taktiki pilotsuz nəqliyyat vasitəsi, 749 (+0) qanadlı raket, 17 (+0) gəmi/qayıq, 4896 (+7) avtomobil texnikası və sisternlər, o cümlədən 190 (+0) ədəd xüsusi texnika məhv edib..