Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus biznesmenləri psixi sağlamlıq xidmətlərinə investisiya qoymağa çağırıb.
Ucnoqta.az xəbər verir ki, Davosda Dünya İqtisadi Forumunun bu mövzuya həsr olunmuş sessiyasında çıxış edən o, depressiya və narahatlıq pozğunluqları səbəbindən qlobal iqtisadiyyatın itkisi ildə təxminən 1 trilyon dollar təşkil edir.
Qebreyesus psixi sağlamlığa sərmayənin gələcəyə sərmayə olduğunu deyib.
"İşəgötürənlərin işçilərin psixi sağlamlığının qorunmasında güclü iqtisadi marağı var. Depressiya və narahatlıq səbəbindən illik itki 12 milyard iş günü olaraq qiymətləndirilir ki, bu da qlobal iqtisadiyyata ildə bir trilyon dollara başa gəlir", - baş direktor bildirib.
ÜST rəhbəri işəgötürənlər işçilərin psixi sağlamlığı üçün işlə bağlı risklərin qarşısını almaq üçün addımlar atmağa çağırır.
Emin