Ucnoqta.az
www.ucnoqta.az

Aİ Serbiyadan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edəcək

20:33 - 18 Yanvar 2023 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) ölkələri Serbiya hakimiyyətindən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi tələb edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə “RT in the Balkans” Teleqram kanalı Avropa Parlamentinin müvafiq qətnaməsinə istinadən xəbər verir.

Sənədə əsasən, Belqrad öz xarici siyasətini Aİ xətti ilə əlaqələndirməlidir. Qeyd olunur ki, Serbiya demokratiya və qanunun aliliyi sahəsində islahatlara sadiqliyini gücləndirməli və assosiasiyanın xarici siyasət mövqeyinə uyğun olduğunu nümayiş etdirməlidir.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç bu ölkənin Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləyəcəyinə şübhə edirdi. Eyni zamanda, onun sözlərinə görə, Serbiyada keçirilən parlament seçkilərindən sonra “dönüş baş verib” və hamı sanksiyaları dəstəkləməyə başlayıb, Vuçiç özü isə bunun əleyhinə olub.

Emin

Müəllif: