Ötən il Gürcüstanda 79 Rusiya vətəndaşı sürücülük vəsiqəsi alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatlarda qeyd olunub. Rəsmi məlumatlara görə, sürücülük vəsiqəsi 79 Rusiya vətəndaşından 67-si mart ayından, yəni muharibə başlayandan sonra alınıb.
Bundan əlavə, qurumun məlumatına görə, ötən il ərzində ümumilikdə 30 536 şəxsə sürücülük vəsiqəsi verilib. 2021-ci ildə isə bu rəqəm 47 891 sürücülük vəsiqəsi təşkil edib.
Pünhan