Ucnoqta.az
www.ucnoqta.az

Psixiatrik xəstəxanadan qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb

10:06 - 18 Yanvar 2023 tarixində dərc olunub.

Psixiatrik xəstəxanada müalicə alaraq evlərinə qayıdan şəxs əmisini ona "dəli" dediyinə görə bıçaqlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, S.S. Respublika Psixiatrik xəstəxanasında müalicə kursunu bitirib yaşadığı Saatlı rayonuna qayıdıb.

Əmisi Cəmaləddin Səmədov ona "dəli" deyib. Bu zaman S.S. əsəbiləşərək cibində olan bıçaqla əmisinin bədən nahiyyəsinə iki dəfə vurmaqla sağlamlığına ağır zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: