Ucnoqta.az
www.ucnoqta.az

Şirvan minik avtomobili yanıb

23:58 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Şirvan şəhərində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, şəhərdə ümumi sahəsi 40 m² olan avtomobil təmiri sexində təmirə dayanan “Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yüksək temperaturdan sexin lambirdən ibarət tavanı qarsalanıb. Avtomobilin və sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: