Ucnoqta.az
www.ucnoqta.az

Niderland Ukraynaya “Patriot” sistemlərini verəcək

23:10 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Niderland “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməyi düşünür.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
Hollandiya Ukraynaya Patriot göndərməyi, beləliklə, Rusiya işğalına qarşı mübarizədə vacib olan Ukrayna hərbi hava hücumundan müdafiə arsenalını gücləndirməkdə ABŞ və Almaniyaya qoşulmağı düşünür.

Qeyd olunur ki, Hollandiya hökuməti tezliklə bu sistemlərin ötürülməsi ilə bağlı yekun qərar qəbul etməli olacaq.

Bundan əvvəl ABŞ və Almaniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin verildiyini açıqlamışdı.

Müəllif: