Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Belarusa nota verdi

20:00 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Ukraynanın Minskdəki səfirliyi Belarus dövlət telekanalında ukraynalı diplomatlar tərəfindən muzdlu əsgərlərin işə götürülməsi ilə bağlı xəbərə görə ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın səfiri İqor Kizim məlumat verib.

Kizimin sözlərinə görə, səfirliyin etirazına yanvarın 16-da “Belarus 1” telekanalında Yekaterina Tixomirovanın proqramında verdiyi bəyanat səbəb olub. 

Bazar ertəsi "Belarus 1" dövlət televiziyası Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşmək istəyənlərdən birinin Minskdə saxlanmasını şərh edərkən, Ukraynanın ölkənin səfirlikləri vasitəsilə digər dövlətlər üzrə muzdluları cəlb etməyə çalışdığını bildirib. 

Müəllif: