ABŞ hakimiyyəti 25 nəfərin Belarusda “demokratiyaya zərbə vurmaqda” əli olduğu iddiasına görə onlara viza məhdudiyyəti qoyur.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinkenin yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, respublikanın hakimiyyət orqanları “belarus xalqını və onun demokratik istəklərini boğmaqda davam edir”. Sənədə görə, “bu insan haqları pozuntularına cavab olaraq, Dövlət Departamenti ölkədə “demokratiyanın boğulmasında iştirak etdiyi” iddia edilən 25 nəfərə viza məhdudiyyəti tətbiq etmək üçün tədbirlər elan edir. Adıçəkilən şəxslərin siyahısı verilmir. Blinken onların tərkibində Belarus Respublikası Milli Assambleyasının (parlamentinin) üzvlərinin olduğunu qeyd edib".
Ruhəngiz