Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Aykaz Baqmanyan barəsində cinayət işi başlanıb
Ucnoqta.az xəbər verir ki, o, mənimsəmə və gəlirləri gizlətmə maddəsi ilə ittihamı olunur.
Baş Prokurorluğun məlumatına görə, 2014-cü ildən 2020-ci ilin dekabr ayına kimi Aykaz Baqmanyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb, sonra KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini təyin edilib. Bu müddət ərzində o, öz şəxsi balansına qanuni gəlirlərini aşaraq pul mənimsəyib, həmçinin bəyan edilməli olan məlumatları gizlədib.
Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının müavini və KTMT-nin Birləşmiş Qərargah rəisinin müavini vəzifəsini general-leytenant Haykaz Baqmanyan tutub.