Ucnoqta.az
www.ucnoqta.az

Aİ Ukraynaya 3 milyard avroluq maliyyə yardımını elan edib

16:06 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Avropa İttifaqı 18 milyard avroluq makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 3 milyard avroluq birinci tranşın ayrıldığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçin maliyyə naziri Elizabet Svantesson İqtisadi və Maliyyə Məsələləri üzrə Şuranın iclasından əvvəl bildirib.

Qeyd edək ki, yanvarın 1-dən İsveç Avropa İttifaqı Şurasına sədrlik etməyə başlayıb. İsveçin baş naziri Ulf Kristersson bildirib ki, Rusiya Federasiyasının təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək dövlətin Aİ Şurasında sədrliyinin prioritetləri sırasında olacaq.

Xəbər verdiyimiz kimi, dekabrın 10-da Avropa İttifaqı Şurası Avropa Komissiyasının 2023-cü ildə Ukraynaya əlavə maliyyə dəstəyi ilə bağlı təklifini dəstəkləyib. Ukraynaya yeni makromaliyyə yardımı proqramı 18 milyard avro təşkil edəcək.

Ukraynanın tərəflərin razılaşdırdığı şərtləri yerinə yetirməsi nəzərə alınmaqla, güzəştli borc vəsaitlərinin 2023-cü il ərzində bərabər hissələrdə dövlət büdcəsinə daxil olacağı gözlənilir. Bazar ertəsi Ukrayna və Aİ arasında 18 milyard avroluq makromaliyyə yardımının verilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Ruhəngiz

Müəllif: