Ucnoqta.az
www.ucnoqta.az

Qazaxıstana giriş qaydaları dəyişib

14:39 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Qazaxıstan hakimiyyəti immiqrantların, o cümlədən Avrasiya İqtisadi İttifaqı (Aİİ) vətəndaşlarının respublikaya girişi və qalma qaydalarına dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstanın normativ hüquqi aktlarının saytında dərc olunan respublika hökumətinin qərarında deyilir.

Əvvəllər vizasız gələn immiqrantlar və EAEU vətəndaşları üçün Qazaxıstanın dövlət sərhədini keçdiyi tarixdən etibarən 180 gün müddətinə məhdudiyyət yox idi. Qazaxıstanda icazə verilən qalma müddəti başa çatdıqdan sonra onlar ölkəni tərk edib yenidən daxil ola bilərdilər ki, qalma günlərinin sayı yenidən başlasın.

Emin

Müəllif: