Ucnoqta.az
www.ucnoqta.az

Polşa Ukraynaya 260-dan çox tank verib

14:15 - 17 Yanvar 2023 tarixində dərc olunub.

Varşava artıq Kiyevə 260-dan çox müxtəlif modifikasiyalı T-72 tankı təhvil verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Davosda Dünya İqtisadi Forumunda (WEF) “Avropanın müdafiəsi” adlı müzakirə panelində Polşa prezidenti Anjey Duda bildirib.

O vurğulayıb ki, Kiyevə hərbi yardım Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas elementdir.

O xatırladıb ki, bir neçə gün əvvəl Varşavanın Ukraynaya “Leopard 2” tanklarından ibarət bir bölük – “təxminən 14 tank”ı Ukraynaya vermək qərarını elan edib.

Emin

Müəllif: