Ukrayna prezidentinin aparatının müşaviri Aleksey Arestoviç istefa verdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb.
"Mən istefa məktubu yazdım. Mən sivil davranış nümunəsi göstərmək istəyirəm: fundamental səhv, sonra istefa", -
Arestoviç Ukrayna ictimaiyyəti tərəfindən kəskin tənqid edilib. Yanvarın 16-da Ali Radanın deputatı Aleksey Qonçarenko Aretoviçin işdən çıxarılması üçün imza toplanmasına başlanıldığını elan edib. Parlamentari onu Dnepropetrovskda evin bir hissəsinin uçmasının səbəbi ilə bağlı dediklərinə görə xəyanətdə ittiham edib.
Emin