Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da dövlət işçilərinə TikTok-dan istifadə qadağan edilib

12:38 - 17 Yanvar 2023 tarixində dərc olunub.

ABŞ ştatlarının yarısından çoxunun hakimiyyət orqanları TikTok-un rəsmi cihazlarda istifadəsini qismən və ya tamamilə qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN məlumat yayıb. Bildirilir ki, buna səbəb məlumatların Çin hakimiyyəti tərəfindən əldə oluna biləcəyi ehtimalıdır.

 ABŞ-ın "həm respublikaçılar, həm də demokratlar tərəfindən idarə olunan" 20-dən çox ştatının hakimiyyət orqanları bu tədbirləri tətbiqin böyük miqdarda istifadəçi məlumatlarını toplayacağından və ABŞ infrastrukturunu zəif vəziyyətə salacağından qorxduqları üçün görüblər. Bəzi ştatlar WeChat və AliPay daxil olmaqla Çinlə əlaqəli digər tətbiqləri də qadağan edib.

Emin

Müəllif: